Xəbərlər
Prezident İlham Əliyev “Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 449 min manat ayrıldı.