YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Dağıstan arasındakı əlaqələr uğurla inkişaf edir

Martın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Oqtay Əsədov dost ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarımızın rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Oqtay Əsədov bildirib ki, bu əlaqələrin qurulmasında Dağıstanın da xüsusi rolu var. “Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır”,- deyə parlament sədri qeyd edib.

Azərbaycan və Dağıstan xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Xalq Məclisinin sədri Xızrı Şıxsəidov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir.

Söhbət zamanı münasibətlərimizin genişlənməsində parlamentlərin rolu xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.