YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır

“XX əsrdə dünyada gedən qlobal ictimai-siyasi proseslər, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. Vətəndaşlarımız, xüsusən də, qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət göstərilir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, müsəlman Şərqində və Türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. 

“Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlamışdır. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti və yaradılan geniş imkanlarla bağlıdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Və bu gün müasir qadın hərəkatının yeni prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın sözləri ilə desək: “Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk”. Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onlar  nə qədər vətənpərvər, iradəli, fədakar və aktivdilərsə  gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac olub  və  qadınlar  belə bir məsuliyyətindən öhdəsindən ləyaqətlə gəliblər”-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.