Xəbərlər
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik ünvanladı
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.
İnanıram ki, Sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram.”