Xəbərlər
Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti cənab Maki Salla təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti cənab Maki Salla yenidən Prezident vəzifəsinə seçilməyi münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.