YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: 2020-ci ildə Azərbaycana valyuta axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir

2020-ci il Azərbaycan üçün prioritet illərdən biridir. Gələcəyə baxış konsepsiyasında və Strateji Yol xəritəsində 2020-ci il Azərbaycanda aparılan islahatlar dövrünün həlledici mərhələsi kimi dəyərləndirilir.

Bu fikirləri  iqtisadçı ekspert Vüqar Bayramov səsləndirib.

O qeyd edib ki, 2015-ci ildə başlanılan dərin islahatlar üçün baza formalaşdırıb. islahatların tərkib hissəsi olaraq 2019-ci ilin ilk iki ayında əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb. 2020-ci il üçün nəinki Azərbaycan hökuməti, eyni zamanda, beynəlxalq maliyyə qurumları - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırırlar. 2017-ci il stabillik, 2018-ci il artımların əldə edilməsi dövrü kimi yadda qalıb. 2019-cu il daha sürətli artım, 2020-ci il isə bu sürətli artımın qorunub saxlanması ilə xarakterik olacaq.

Ekspert deyib ki, 2020-ci il Azərbaycana valyuta axınının daha da artacağı gözlənilir. Gələn il Cənub Qaz Dəhlizi çərçivəsində TAP boru kəmərinin istifadəyə verilməsi ilə Avropa bazarına Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. İlkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP ilə Türkiyəyə nəql edilən qaz həcmləri isə 6 milyard kubmetrə çatacaq ki, bu da ölkəyə daxil olan valyutanın həcmini əhəmiyyətli dərəcədə artıracaq.

“2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımaların artması fonunda da valyuta gəlirləri çoxalacaq. Bundan başqa, Sumqayıt Kimya Parkında qurulan zavodlar qeyri-neft sektorunun artımını sürətləndirələcək. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq”, - deyə V.Bayramov əlavə edib.