Xəbərlər
Mersi Tembon: “Doing Business-2019: Treninqlər və islahatlar” reytinqində Azərbaycan “Biznesin başlaması” indikatorunda islahatçı ölkələrin ilk onluğunda qərarlaşıb
Azərbaycan Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının növbəti “Doing Business” hesabatında biznesin aparılmasının asanlığı reytinqində ilk onluğa daxil ola bilər.
Bunu Trend-ə özəl müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktor Mersi Tembon deyib.
O qeyd edib ki, “Doing Business-2019: Treninqlər və islahatlar” reytinqində Azərbaycan “Biznesin başlaması” indikatorunda islahatçı ölkələrin ilk onluğunda qərarlaşıb:
“Azərbaycanın mövqeyi ildən-ilə yaxşılaşır və mən ümid edirəm ki, bu tendensiya davam edəcək”.
M.Tembon daha sonra qeyd edib ki, Dünya Bankı Azərbaycanın uğurları ilə fəxr edir:
“Biz Prezident İlham Əliyevin keçirdiyi iqtisadi və sosial islahatları dəstəkləyirik. Bu islahatlar insanların həyat keyfiyyətinin yaxşılaşmasına və yoxsulluq səviyyəsinin azaldılmasına yönəlib”.
O əlavə edib ki, Dünya Bankı Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.