Xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Od çərşənbəsi münasibətilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çərşənbə axşamı Azərbaycan xalqını Od çərşənbəsi münasibətilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbriki rəsmi "Instagram" səhifəsində paylaşılıb:
"Ulu Tanri ölkəmizi, xalqımızı bütün xətalardan, pis niyyətlərdən qorusun. Yolumuzu aydın, ürəklərimizi mərhəmətli, arzularımızı daim saf etsin! Təbrik edirəm!".