YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin inkişafı əsas məqsədlərdəndir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin inkişafı əsas məqsədlərdəndir.

Bu sözləri martın 4-də Bakıda keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 5-ci iclasında komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, məqsəd əlaqələri daha da inkişaf etdirmək, intensivləşdirmək və iki ölkə arasındakı qardaşlıq münasibətləri səviyyəsinə çatdırmaqdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi elə də yüksək deyil. Bu, qarşıya əlavə şərtlər qoyur ki, ticarət dövriyyəsini inkişaf etdirək.

S.Şərifov bildirib ki, son 15 ildə Azərbaycan ÜDM 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artıb.

Komissiyanın həmsədri vurğulayıb ki, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir. Səudiyyə Ərəbistanı işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edir. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələr inkişaf etsə də, digər sahələrdə bu əlaqələr kifayət qədər inkişaf etməyib.