Xəbərlər
Azərbaycanda VI İnternet İdarəçilik Forumu təşkil olunacaq
Azərbaycanda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək.
Bu barədə BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov deyib.
V.Məmmədov qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə keçirəcəyi forum “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusuna həsr olunacaq. Forumun məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir.
O bildirib ki, forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.