Xəbərlər
Neft Fondu keçən il 5 yeni fonda investisiyalarla bağlı müqavilələr imzalayıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən il 5 yeni fonda investisiyalarla bağlı müqavilələr imzalayıb.
Bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Dövlət Neft Fondu özünün uzunmüddətli investisiya strategiyasının icrasına davam edib. Bununla belə, keçən il səhmlər, özəl səhmlər, daşınmaz əmlak və qızıl kimi aktivlər üzrə yeni investisiyalar həyata keçirilib: “Belə ki, daşınmaz əmlak portfelində müştərək və fond investisiya strategiyaları üzrə ümumilikdə 5 yeni yatırım edilib. Əlavə olaraq, özəl səhm investisiyaları üzrə isə ötən il 5 yeni fonda investisiyalar ilə bağlı müqavilələr imzalanıb”.