Xəbərlər
İƏT-ə üzv ölkələrin XİN rəhbərləri Ermənistanın Azərbaycana qarşı təcavüzünü müzakirə edəcək

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrinin XİN rəhbərlərinin görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə olunacaq.
Bu barədə İƏT-dən bildiriblər.
Qeyd olunub ki, bununla yanaşı Suriya böhranı, Yəmən və Əfqanıstandakı vəziyyət gündəlikdə yer alacaq.
İƏT-ə üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin möhkəmlənməsi məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, İƏT XİN rəhbərlərinin görüşü martın 1-2-də Əbu-Dabidə keçiriləcək.