Xəbərlər
Ötən il Azərbaycanla Almaniyanın ticarət dövriyyəsinin həcmi 61 faiz artıb

2018-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi 61 faiz artıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov yanvarın 31-də Bakıda keçirilən Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclasında deyib.
Nazir müavini qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən alman şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində iştirak edirlər.