YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib

“Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib”. Bu fikir Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın qurumun sessiyası çərçivəsində yayılmış yazılı çıxışında yer alıb. Millət vəkili qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mədəniyyət sahəsində çox ciddi addımlar atılıb, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar, mədəniyyət siyasətinin prioritetlərini müəyyən edən çoxsaylı normativ hüquqi aktlar qəbul edilib. "Bu siyasətin əsas prinsiplərindən birini mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi təşkil edir. Avropa Şurasına üzv olan ölkələrin mədəni zənginliklərinin, mədəni mirasının qorunmasının, bu sonsuz xəzinənin gələcəyin qurulmasında rolunun təşviq olunmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır", - deyə çıxışda qeyd olunur.

2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan olunduğunu vurğulayan millət vəkili S.Qafarova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi haqqında Sərəncam imzalaması böyük əhəmiyyətə malik bir hadisədir: "İmaməddin Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. Onun əsərlərində humanizm, barış kimi ümumbəşəri ideyalar yüksək poetik şəkildə tərənnüm olunub. Onun yaradıcılığı nəinki Azərbaycan xalqının, o cümlədən, bütün bəşəriyyətin fəlsəfi fikir tarixində dərin izlər qoyub. 6 əsr əvvəl yaşamış böyük şair və mütəfəkkirin Azərbaycan ədəbiyyatında və fikir tarixində müstəsna yeri vardır. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifidir".

Sahibə Qafarovanın sözlərinə görə, Nəsiminin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. "Şərqin böyük filosofunun fikirləri bir növ Qərb mədəniyyətinin və ədəbiyyatının nümayəndələrinin fikirlərinə bənzəyir. Azərbaycanda 2019-cu ilin məhz belə bir böyük sənətkarın adı ilə adlandırılması bir daha böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışdır. Mən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin bu çağırışa cavab verəcəyinə və dünya səviyyəsində humanizm və tolerantlıq ideallarının qalib gələcəyinə inanıram", - deyə çıxışda vurğulanır.

 

DİGƏR Xəbərlər Arxiv