YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ölkəyə xarici investorları cəlb etmək üçün danışıqlar aparır.

Bu barədə jurnalistlərə açıqlamasında ASK-nın prezidenti Məmməd Musayev deyib.

O bildirib ki, ASK Azərbaycana xarici investisiya cəlb etmək məqsədilə dünyanın müxtəlif ölkələri ilə danışıqlar aparır: “Bu gün Azərbaycanın 45 milyard manat valyuta ehtiyatı var. Xarici investisiyaların cəlb olunması isə yeni texnologiya, peşə və sənət, müasir metodlar deməkdir. Bunun üçün ölkəyə xarici investorları cəlb etmək daha məqsədəuyğundur. Bu, həm də xarici investorlarda Azərbaycan bazarı haqqında daha aydın təsəvvür yaradacaq”.