YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Növbəti ildə də yeni sanatoriyalar insanların istifadəsinə veriləcək

«Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2014-cü ilin yay mövsümünə hər olduğu kimi ciddi şəkildə hazırlaşıb. Bu il sanatoriyaların 99 faizində təmir, abadlıq işləri aparılıb, insanların rahat istirahəti və müalicəsi üçün hər cür şərait yaradılıb». Bu fikirləri AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, ötən il həmkarlar ittifaqı təşkilatları öz maliyyə vəsaitləri hesabına 5 yeni, müasir standartlara cavab verən sanatoriya tikilib və hazırda bu proses davam etdirilir. Onun sözlərinə görə, növbəti ildə də yeni sanatoriyalar insanların istifadəsinə veriləcək.

«Konfederasiya daim bu işləri nəzarətdə saxlayır. Konfederasiya olaraq həmkarlar ittifaqı təşkilatlarından tələb edirik ki, onlara daxil olan vəsaitlərdən qənaətlə istifadə edib üzvləri üçün istirahət mərkəzləri tiksinlər. Yəni daim bu sahənin inkişaf etdirilməsi, üzvlərə göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində lazım olan işləri görürük»- deyə, S.Mehbalıyev vurğulayıb.