YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Köklü islahatlar sayəsində Azərbaycanda idarəçilik kefiyyətcə yeni bir mərhələyə qədəm qoyacaq

“Məlum olduğu kimi, Avropa Parlamenti bu günlərdə “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifini müzakirə edərək qəbul edib. Başdan-başa qərəz, Azərbaycanın demokratiya, hüquqi dövlət və insan haqları sahəsində əldə etdiyi ciddi nailiyyətlərə kölgə salmaq cəhdlərindən ibarət olan bu sənəd hesab edirəm ki, hər bir vətəndaşımızda qəzəb və təəssüf doğurub. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qanunun aliliyinə söykənən vətəndaş cəmiyyətinin bütün institutları yüksək effektivliklə fəaliyyət göstərdiyi bir zamanda bu tip lazımsız, heç bir fakta əsaslanmayan qətnamənin qəbulu, heç şübhəsiz onun qəbul edən qurumda təmsil olunan bəzi dairələrin çirkin niyyətindən xəbər verir. Görünür Avropa Parlamentinin bəzi deputatları bu sənədə səs verərkən ya Azərbaycandakı real vəziyyəti dərindən bilməyiblər, ya da cənab Prezidentin də qeyd etdiyi kimi ermənilərin “konyak diplomatiyasına” qurban gediblər.” Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Azərbaycanda insan haqları, demkratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə”yə Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov münasibət bildirib.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda kimlərinsə həbsdən “qeyd-şərtsiz” azadlığa buraxılmasının tələb edən bu cənabların görəsən, guya müdafiə etdikləri demokratik idarəçilik prinsiplərindən xəbərləri varmı? Məgər onlar bilmirlər ki, bütün demokratik dövlətlərdə, o cümlədən Azərbaycanda “güclər ayrılığı” prinsipi var və heç kəs, heç bir qurum müstəqil məhkəmələrin işlərinə qarışa bilməz? Və ya Avropa Parlamentinin ümumiyyətlə Azərbaycana qarşı belə bir tələb irəli sürməyə ixtiyarı və səlahiyyəti varmı? Eyni zamanda, belə bir sual meydana çıxır ki, ölkəmizə qarşı bu tip əsassız tələblər irəli sürən Avropadakı bəzi dövlətlərin özlərində fundamental insan hüquq və azadlıqları hansı səviyyədə qorunur?

“Əslində bu sahədə real vəziyyət hamımıza yaxşı məlumdur. Ən yaxın tarixdə biz Avropanın qarşılaşdığı miqrant böhranında bunun əyani şahidi olduq. On minlərlə miqrant insan ləyaqətinə yaraşmayan şəkildə təhqir, təqib və diskriminasiyaya məruz qaldı, xüsusən də, islamofobiya ən yüksək səviyyəyə, bəzən hətta dövlət səviyyəsinə qalxdı. Daha sonra, Fransada “sarı jiletlilər” hərəkatı zamanı dinc nümayişçilərə qarşı qeyri-adekvat cüc tətbiqi, polis vəhşiliyi, kütləvi  həbslər və s. bütün dünya mediyasının və ictimai rəyinin diqqət mərkəzində oldu. İndi belə rüsvayçı əməlləri törədənlər hansı mənəvi və hüquqi haqla Azərbaycanda müxtəlif cinayətlərə görə həbsə girən və özünü ictimai xadim, boqqer və s. elan edən şəxsləri özbaşına “siyasi məhbus” siyahısına salaraq onlara azadlıq tələb edir? Düşünürəm ki, belə subyektiv mövqeyin heç bir tuturlı yanı yoxdur və ən əsası heç bir qurum və dövlət Azərbaycanla tələb və təhdid dili ilə danışa bilməz.”-deyə, Siyavuş Novruzov bidirib.

YAP İcra katibinin müavini qeyd edib ki, yeri gəlmişkən bu qətnamənin qəbulu tarixi də bi sıra bədniyyətli məqamlardan xəbər verir: “Belə ki, məlum olduğu kimi, dövlət başçımız ötən ilin yekunlarına həsr olunmuş müşavirədə bu il dövlət idarəçiliyinin çevik və effektivliyini artırmaq məqsədilə bütün sahələrdə ciddi struktur islahatlarının aparılacağı barədə xəbərdarlıq etdi və göründüyü kimi də bu proses artıq başlayıb. Belə köklü islahatlar sayəsində Azərbaycanda idarəçilik kefiyyətcə yeni bir mərhələyə qədəm qoyacaq və bu da heç şübhəsiz vətəndaşların rifah halının yaxşılaşdırılmasında, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsində öz əhəmiyyətli rolunu oynayacaq. Ona görə də daxildəki “5-ci kolon” ölkə xaricindəki himayədarları ilə sinxron fəaliyyətə keçərək ölkədə görülən və görüləcək işlərə indidən qara yaxmaq, bu islahatları sabotaj etmək üçün əlbir əməllərini aktivləşdirməyə cəhdlər göstərirlər. Lakin unudurlar ki, xalq kimin kim olduğunu yaxşı bilir, dünyada gedən prosesləri bu üzdəniraq vətənşüvənlərdən daha yaxşı qavrayır və məhz buna görə də cənab prezidentin ətrafında ildən ilə daha sıx birləşir. Ona görə də, Azərbaycandakı iqtidar-xalq birliyi sarsılmazdır və bu birlik istər daxili, istər xarici, bütün anti-Azərbaycan dairələrinə hər zaman layiqli cavab verəcəkdir. Azərbaycan bütün beynəlxalq təşkilatlarla ancaq qarşılıqlı faydalı dialoq yolunu seçib və yalnız bu yolun səmərəliliyinə inanır.”