Xəbərlər
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
Yanvarın 16-da İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqerinin yüksək rütbəli hərbçilərdən ibarət nümayəndə heyəti ilə Azərbaycan Respublikasına səfəri planlaşdırılır.
İranın ölkəmizdəki səfirliyindən bildiriblər ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə təşkil olunacaq səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.
İkigünlük səfər çərçivəsində Azərbaycan ilə İran arasında müdafiə sahəsində mövcud əlaqələr və işbirliyi, sərhəd əməkdaşlığı, terrorizmə qarşı mübarizə və regionda baş verən hadisələr haqqında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, bu, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana ilk səfəridir.