YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər keçirilir. 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb və dövlət siyasətinin prioritetləri sırasında olub”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini  Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında söylədiyi kimi sosial məsələlər daim diqqət mərkəzindədir. Ölkə başçısı həmçinin bildirdi ki, 2018-ci ildə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib və 2019-cu ildə bu rəqəmlər daha da artacaq, məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Bütün bunlar dövlət başçısının bu kateqoriyadan olan insanlara, bütövlükdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qayğısının əyani nümunəsidir.

2018-ci ildə Azərbaycanın milli valyutasının sabit qaldığını deyən deputat qeyd edib ki, bu il inflyasiya aşağı səviyyədə, əhalinin gəlirləri isə inflyasiyadan bir neçə dəfə yüksək olub.

 “Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasında söylədiyi kimi ötən il əhalinin pul gəlirləri 9,2 faiz artıb. Bu da nəticə etibarı ilə vətəndaşlarımızın sosial rifahın daha da yaxşılaşdırıb. Ümumiyyətlə, respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Son illərdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı davamlı iqtisadi inkişafı səviyyəsinin yüksəlməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə və son nəticədə insanların maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib”-deyə, M.Quliyev vurğulayıb.