Xəbərlər
Tahir Rzayev: Prezident İlham Əliyev Azərbaycanın inkişafı, beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsi istiqamətində mühüm tədbirlər həyata keçirir
“Prezident İlham Əliyev Azərbaycanın inkişafı, beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsi istiqamətində mühüm tədbirlər həyata keçirir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, ölkəmizin qarşısında dayanan əsas vəzifə torpaqlarımızın işğaldan azad olunmasıdır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələ ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha bəyan edib.
“Cənab Prezident münaqişənin həlli ilə bağlı dəfələrlə Azərbaycanın qətiyyətli, prinsipial mövqeyini ifadə edib. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bildirdi ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir. Bu sözlər işğalçı Ermənistana və onun havadarlarına ciddi mesajdır. Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq”-deyə, deputat qeyd edib.