Xəbərlər
ÜGT-nin baş katibi: Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək
Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək.
Bu sözləri Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşdə deyib.
O bildirib ki, Azərbaycanın gömrük sahəsində atdığı addımları təqdirəlayiqdir: “Azərbaycan gömrük xidmətinin cəmi 27 yaşı olmasına baxmayaraq çox uğurlu işlər görüb və bunlar digər üzv ölkələr üçün nümunədir. Həmçinin Azərbaycan tranzit əhəmiyyətli ölkə olduğu üçün tranzit yükləri sahəsində də mühüm addımlar atır. Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək”.