YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Azərbaycan hakimiyyəti ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində öz prinsipial siyasətini ardıcıl olaraq davam etdirir və bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər.

Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Deputat bildirib ki, dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu: “Bütün dünya bildi ki, Ermənistanda Sarkisyan, Koçaryan kimiləri Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş bir cinayətkar qruplaşmadır. Nəhayət, Ermənistan cəmiyyəti də dözməyərək onları tarixin arxivinə atdı və əminəm ki, məhkəmələr də qurulacaq və onlar Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verəcəklər”.

B.Əliyev vurğulayıb ki, Azərbaycanın apardığı uğurlu siyasət Ermənistanı təcrid vəziyyətinə salıb: “Ermənistanın iqtisadiyyatı da, siyasəti də çöküb və onların yeganə çıxış yolu ondan ibarətdir ki, erməni işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxsın. Yalnız bundan sonra bəlkə Ermənistanın bir şansı, çıxış yolu ola bilər. Onların gələcək taleyi Azərbaycan dövlətindən asılıdır. Ermənistan bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşıdır”.

Millət vəkili qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sürətlə inkişaf edir, dayanıqlı iqtisadiyyata malikdir, bütün ölkələrlə faydalı münasibətlər qurub:

"Azərbaycan erməni işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlar üçün öz vəsaiti hesabına gözəl mənzillər tikir, onların sosial vəziyyəti yaxşılaşdırılır, iş yerləri ilə təmin olunur. Dövlətimizin başçısı da çıxışında bildirdi ki, 2019-cu ildə də məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görüləcək və bunun üçün vəsait ayrılıb. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri məcburi köçkünlər daim alqışlayırlar, öz minnətdarlıqlarını bildirirlər”.

 

DİGƏR Xəbərlər Arxiv