YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 82 min 953 müraciət daxil olub

İl ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 min 953 müraciət daxil olub.

Bu barədə DMX-nin 2018-ci ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmətin rəisi Vüsal Hüseynov məlumat verib.

V.Hüseynov bildirib ki, hesabat dövründə 41 min 30 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib. 2017-cı ilin müvafiq dövründə isə 42 min 232 nəfərə müvəqqəti yaşama, 3073 nəfərə daimi yaşama, 8725 nəfərə iş icazəsi verilib.