YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Başa vurduğumuz 2018-ci il uğurlarla tarixə qovuşdu

“Başa vurduğumuz 2018-ci il  uğurlarla tarixə qovuşdu”. Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov  deyib.

Ş.İsmayılov  bildirib ki, Azərbaycan 2018-ci ili əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində başa vurdu. Onun sözlərinə görə, bu sabitliyin, uğurlu inkişafın təməlində Prezident İlham Əliyevin siyasəti dayanır.

“Xüsusilə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri ölkə tarixində növbəti demokratik və azad seçki kimi yadda qaldı. Möhtəşəm qələbə, xalq tərəfindən ölkə Prezidenti İlham Əliyevə göstərilən yüksək etimad dövlətçiliyin möhkəmlənməsi üçün həyata keçirilən siyasi kursun dəstəklənməsinin əyani təsdiqi oldu. Qeyd edim ki,  2018-ci ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, sosial-iqtisadi sahədə mühüm nəticələr əldə olunub. Bu nəticələr 2019-cu il üçün yeni nailiyyətləri şərtləndirir”-deyə, deputat qeyd edib.