YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: 2018-ci il Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsi ilə əlamətdar oldu

“2018-ci il Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsi ilə əlamətdar oldu”. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan  milli maraqlara əsaslanan və ölkənin hərtərəfli inkişafını hədəfləyən məqsədyönlü daxili siyasət həyata keçirir. Onun sözlərinə görə, dövlətimiz həmçinin, çoxvektorlu xarici siyasət kursuna da malikdir.

“Xarici siyasətində ədalət prinsipinə söykənməsi və daim xoş məram nümayiş etdirməsi beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, son vaxtlarda respublikamız bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda ölkəmizin mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən daha qətiyyətlə dəstəklənir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan beynəlxalq aləmdə özünün layiq olduğu yeri tutub. Azərbaycan dövləti xarici siyasət kursunda regional əməkdaşlıq platformalarının yaradılmasına və praktiki müstəvidə onların səmərəli fəaliyyətinin təmin edilməsinə xüsusi səy göstərir. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür”-deyə, S.Fətəliyeva vurğulayıb.