YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkədə əhalinin gəlirləri 5,4 faiz artıb

Cari ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 27,2 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,1 faizi son istehlak xərclərinə, 11,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,1 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,7 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,9 faiz çox vəsait qalıb.