YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YARAT” Müasir İncəsənət Məkanının “Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgilər silsiləsi keçirilir

“YARAT” Müasir İncəsənət Məkanının “Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgilər silsiləsi keçirilir.

Sərgilər oktyabrın 18-dən noyabrın 30-dək Bakının ən böyük muzeyləri olan – Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Xalça Muzeyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutacaq.

“YARAT” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən  bildirilib ki, bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədilə yaradılıb.

Kuratoru əməkdar rəssam Səbinə Şıxlinskaya olan bu layihənin mövzusu Azərbaycanın zəngin maddi-mənəvi, mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Layihədə Natəvan Əliyeva, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, İlahə Xalıqova, Aysel Nağıyeva, Rüfət Əliyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva, Zöhrab Salamzadə, Fərhad Haqverdi, Nigar Alışova, Çinarə Məcidova, Fatimə Hacıyeva, Rəhim Çopurov, Nəzrin Musayeva, Nigar Məmmədli, Həbib Saher, Aytən Abdullayeva, Arif Əmirov, Səbinə Abbasova, Elvin Adıgözəl, Nadir Eminov, Elvin Nəbizadə, Ayxan Xəlilov, Ruhulla Həsənzadə, Pərvanə Persiani, Hüseyn Həsənov, Nərmin İsrafilova və Fidan Hacıyeva iştirak edirlər.

Altı ay ərzində “Təcavüz. Muzey 2014” layihəsinin iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış ediliblər. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi olub. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət ediblər.