YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusun Baş nazirinin müavininə və parlament sədrinə Azərbaycanın xatirə nişanı təqdim olunub

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Baş nazirinin müavini Mixail Rusıy ilə görüşüb. Səfirlikdən bildiriblər ki, görüşdə 2018-ci ilin yekunları ilə bağlı müzakirələr aparılıb.

M.Rusıy Azərbaycan Prezidenti İlham Əliyevin noyabrda Belarusa rəsmi səfəri çərçivəsində iki ölkə arasında əldə edilmiş qərar və razılaşdırmaların icrası məqsədilə 2019-cu ildə xüsusi komissiyanın yaradılmasının nəzərdə tutulduğunu bildirib. O, 2019-cu ildə aqrar sahədə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət veriləcəyini nəzərə alaraq ölkəmizdə bu sahədə keçiriləcək ixtisaslaşmış sərgidə Belarus tərəfinin iştirakının planlaşdırıldığını söyləyib.

Həmin gün səfir L.Qəndilov Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə də görüşüb və cari ilin nəticələrinə dair fikir mübadiləsi aparıb. V.Andreyçenko 2018-ci ildə Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı səfirlik tərəfindən keçirilmiş tədbirləri yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin Belarusa səfərinin məhz 25 illiyə təsadüf etməsinin bu hadisənin önəmini daha da artırdığını qeyd edib.

Baş nazirin müavini və parlament sədri ilə görüşlərdə Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar səfirlik tərəfindən buraxılmış xatirə nişanı və kitab təqdim olunub.