YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzə Əliyev: 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib

“2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Kredit ayrılan sahələr arasında heyvandarlıq  və bağçılıq  ilk yerləri tutub. Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

M.Əliyev bildirib ki, kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirlərinin formalaşdırılması məqsədilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib və onlardan 8-i ilə müqavilə imzalanıb. Onun sözlərinə görə, dəyər zənciri layihələrinin başlıca seçim meyarları təsərrüfatlarda innovasiyaların tətbiqi və fermer-emalçı tərəfdaşlığının qurulmasıdır.

“Azərbaycan Kənd İnvestisiyası Layihəsinin ikinci fazasını tamamlayan Dövlət Xidməti AzKİL çərçivəsində 2200-dən artıq kiçik infrastruktur və gəlir gətirən layihə icra edib kənd icmalarının istifadəsinə verib. Layihənin növbəti mərhələsinə hazırlıq olaraq, pilot kimi Qadın İnkişaf Qruplarının yaradılmasına başlanıb. Qadınların səlahiyyətləndirilməsini və öz bizneslərini qurmasını təşviq edən bu fəaliyyət nəticəsində 7 rayonda 151 qadını özündə birləşdirən 12 qadın qrupu yaradılıb. Bu qadın qruplarının öz bizneslərini yaratmalarına dəstək vermək üçün gənclərdən ibarət 7 biznes inkubator təsis edilib”-deyə, xidmət rəisi vurğulayıb.