YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mihal Svantner: Azərbaycan alimləri və startapçıları ilə aparılan fikir mübadiləsi gələcəkdə böyük problemlərin həllinə imkan verəcək

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) İnkişaf edən ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Mihal Svantner bildirib ki, bu təşkilatın Cenevrədə yerləşən baş qərargahında Azərbaycan tərəfi ilə birlikdə bu ölkənin innovativ startap şirkətlərinin sərgisini təşkil etmək sevindirici haldır: “Azərbaycan startapçıları bizə innovasiyaları və onların tətbiqi mexanizmini nümayiş etdirdilər. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı olaraq intellektual hüquqların, onların istifadəsini yaymaq və möhkəmləndirilməsinə çalışmaq bizim vəzifəmizdir”.

M.Svantner bildirib ki, hazırda akademik təsisatların, xüsusilə universitetlərin innovasiyaları dəstəkləməsi, yeni çətinlikləri aradan qaldırmaq üçün atdığı addımlar təşkilat tərəfindən diqqətlə müşahidə edilir. Tək Azərbaycanda deyil, bütün dünyada süni intellekt və yeni texnologiyalarla bağlı sual və problemlər burada araşdırılır. Ona görə də bu tədbirdə Azərbaycandan olan alimlər və startapçılarla aparılan fikir mübadiləsi gələcəkdə böyük problemlərin həllini tapmağa imkan verəcək.