YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Frensis Qarri: Azərbaycanda gənclərin innovasiya sahəsində fəallığını gördüm

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri Azərbaycanda gənclərin innovasiya sahəsində fəallığını yüksək qiymətləndirib.

Bunu Frensis Qarri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Cenevrədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan tədbir çərçivəsində deyib.

Beynəlxalq təşkilatın baş direktoru Frensis Qarri bildirib ki, əqli mülkiyyət innovasiyaların qorunması üçün əsas vasitələrdən biridir və Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirir: „Bu il Azərbaycanda olmaq imkanı əldə etdim və orada innovativ mühit və ilk növbədə gənclərin innovasiya sahəsində fəallığını gördüm. Bu sahələrin ölkə rəhbərliyi tərəfindən dəstəkləndiyinə şahid oldum”.

Baş direktor, həmçinin Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunmuş bu tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə nümayəndə heyəti ilə təmsil olunmasını məmnunluqla qeyd edib və görüşdə Azərbaycanın təbii resurslara söykənən iqtisadiyyatdan əlavə dəyər yaradan və innovativ yeniliklərə yönəlmiş iqtisadiyyat yolunu tutmasından bəhs olunduğunu qeyd edib. O, bu tədbirin əhəmiyyətini vurğulayaraq, sərgi və konfransın Azərbaycanda innovasiya mühitinin necə fəaliyyət göstərdiyi nümayiş etdirdiyini bildirib.