YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ölkəmizdə səhiyyənin inkişafı daim diqqət mərkəzindədir

“Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas prioriteti sosial istiqamətdir. Sosial istiqamət isə insanların sosial rifah halının yaxşılaşdırılması və sağlamlığına yönəlib”. Bu fikirləri  Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, son 15 ildə görülən işlər nəticəsində Azərbaycanda yüzlərlə tibb ocaqları tikilib istifadəyə verilib. Onun sözlərinə görə,  Azərbaycan Prezidenti İlham Əliyevin də açılışında iştirak etdiyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun yeni, müasir avadanlıqlar təchiz olunması, ölkəmizdə insanların sağlamlığına verilən böyük önəmin göstəricisidir.

“Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişaf göz qabağındadır. Bu sahə ilə bağlı ayrı-ayrı Dövlət Proqramları həyata keçirilir ki, bura şəkərli diabet xəstələrinin dərman təchizatı, onkoloji xəstələrin şiş əleyhinə, hemodializ xəstələrinə dərman preparatlarının təmin olunması daxildir. Bu proqramların həyata keçirilməsi üçün dövlət tərəfindən külli miqdarda vəsait ayrılır ki, sözügedən xəstəliklərin qarşısı alınsın, insanlar sağlam və rahat yaşasınlar”-deyə, deputat qeyd edib.