YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib

“Məlumdur ki, ölkəmizin ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Amma buna baxmayaraq, bütün dünyada sülh və stabilliyə verdiyi tövhələrlə Azərbaycan öz balanslı siyasəti, iqtisadi inkişafı və təhlükəsizliyin təmin olunması siyasəti ilə fərqlənir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı  Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, məhz bu baxımdan dünyanın bir çox siyasi ekspertləri Azərbaycanı bütün dünyada sülh və stabillik tərəfdarı kimi dəyərləndirir. Onun sözlərinə görə, Azərbaycan artıq bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib.

“Həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Azərbaycan artıq Şərqlə Qərb arasında körpü rolunu oynayan dövlət kimi tanınır. Bu baxımdan, Rusiya və NATO-nun yüksək rütbəli şəxslərinin Bakıda  görüşlərinin keçirilməsi nəticə etibarilə Azərbaycan paytaxtını bir sülh mərkəzinə, təhlükəsizlik mərkəzinə çevirir. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin ən əsas səbəblərindən biri də cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Ölkə başçımızın beynəlxalq miqyasda durmadan artan nüfuzu, məqsədyönlü və düzgün siyasəti, liderlik keyfiyyətləri onu deməyə əsas verir ki, bu görüşlərin Bakıda keçirilməsi eyni zamanda Prezident İlham Əliyevin uğuru və bu uğurun məntiqi nəticəsidir”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.