Xəbərlər
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
“Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır”. Bu fikri Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
A.Abiyev bildirib ki, Azərbaycanda idmanın inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, bu gün Ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
“Artıq respublikamızın regionlarında da beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün müasir standartlara cavab verən olimpiya-idman kompleksləri tikilərək istifadəyə verilib. Hər il Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları, beynəlxalq səviyyəli yarışların keçirilməsi ənənə halını alıb. Dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük qələbələr əldə edirlər. Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə cənab Prezidentinin qeyd etdiyi kimi Azərbacycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər. Təbii ki, bu uğurlar dövlətimizin güclü dəstəyi nəticəsində qazanılır”-deyə, A.Abiyev vurğulayıb.