YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb

“Azərbaycan gənc ölkədir. Ölkə əhalisinin 60 faizi 30 yaşdan aşağıdır. Azərbaycanda  2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir”. Bu fikirləri gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə keçirilən Gənc Parlamentarilərin 5-ci Qlobal Konfransında deyib.

A.Rəhimov  bildirib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artıb.

“Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var. Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur. Bütün bunlar ölkəmizin uğurlarıdır”-deyə, nazir vurğulayıb.