YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib

Ulu Öndər xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Heydər Əliyevin ölkəmizin iqtisadiyyatının, sosial həyatının və mədəniyyətinin inkişafında atdığı qətiyyətli addımlardan söz açıb. Ulu Öndərin ölkəmizin müstəqilliyi uğrunda fəaliyyətə hələ ötən əsrin 70-80-ci illərindən başladığını diqqətə çatdırıb. Hələ sovet dövründə milli sənayemizin, elmimizin və mədəniyyətimizin təməlini qoyduğunu qeyd edib.

R. Mustafayev bildirib ki, əgər 1980-ci illərin sonunda Heydər Əliyev hakimiyyətdə olsaydı, bu gün Dağlıq Qarabağ münaqişəsi olmazdı. 1987-ci ildə M.Qorbaçovun Heydər Əliyevə qarşı tutduğu qərəzli mövqedən sonra erməni separatçıları və Ermənistanın Azərbaycana qarşı təcavüzü baş qaldırıb.

Diqqətə çatdırılıb ki, ölkəmizin sosial böhrandan iflic vəziyyətə düşdüyü, xaos, vətəndaş müharibəsi ilə üzləşdiyi, xarici təcavüzə məruz qaldığı 1993- 1994-cü illərdə Heydər Əliyev şəxsiyyətinin, eləcə də siyasi görüşlərinin böyüklüyü aydın şəkildə özünü göstərib. O, ölkəmizi belə çətin bir vəziyyətdən çıxarmağa nail olub. “Bu gün iqtisadi və sosial böhranlarla üzləşən bəzi böyük dövlətlər Ulu Öndərin böhranların idarə edilməsi sahəsindəki təcrübəsindən bəhrələnməlidir”, - deyə R. Mustafayev vurğulayıb.

Diplomat qeyd edib ki, məhz həmin çətin illərdə Ümummilli Lider müasir Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirməyə, iqtisadi inkişafa, mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmizin sabitliyinin bərpasına nail olub. Fəal xarici siyasəti sayəsində Heydər Əliyev Azərbaycanı nüfuzlu regional aktora və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirib.

Ölkəmizdə dərin böhranın yaşandığı 1993-1994-cü illərdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlət ideologiyasının təməlini qoyub.

Həmçinin ölkəmizin bütün dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlər qurmasından bəhs edilib.

Anım mərasimində səfir Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Sabir Hacıyev, əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, eləcə də səfirliyimizin və daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Sonra Fransanın Alfred Cortot adına ali musiqi məktəbinin tələbələri Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleytaçı) klassik musiqi ifa ediblər. Gənc musiqiçilərin ifasında Ümummilli Liderin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısını da səslənib.

 

DİGƏR Xəbərlər Arxiv