YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir.

Bu fikri jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib. Bu, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Biz böyük sammitlər, konfranslar, dövlət və hökumət başçıları, nazirlər səviyyəsində görüşlər, beynəlxalq təşkilatların sessiyalarını keçirmişik. Xüsusilə son zamanlar ölkəmizdə qlobal xarakter daşıyan problemlərin həllinə yönəlmiş forumlar keçirilib. Bir sözlə, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.