YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Ulu öndər Heydər Əliyev cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq

“15 ildir ki, Ulu öndər Heydər Əliyev cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitə sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində, dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib. Onun sözlərinə görə,  Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başının üstünü almış təhlükələr aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna çıxdı.
“Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, Azərbaycan heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir. Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur, Azərbaycan bütün sahələrdə, o cümlədən dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm uğurlar qazanır”, - deyə A.Rəhimzadə vurğulayıb.