Xəbərlər
ATƏT PA-nın sədri: Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır
Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir.
Bu sözləri ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.
ATƏT PA-nın sədri deyib: “Bu gün Cənubi Qafqazın iki ölkəsinin – Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Artıq neçə illərdir ki, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir. Ona görə də hesab edirəm ki, işğalçılara qarşı ciddi tədbirlər görülməli, sanksiyalar tətbiq olunmalıdır”.
G.Tsereteli bu məsələni ATƏT xarici işlər nazirlərinin toplantısında da qaldırdığını bildirib.