YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Berlində keçirilən anım tədbirində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb

Dekabrın 11-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və səfirliyin əməkdaşları iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları tərəfindən Ümummilli Liderin büstü önünə güllər qoyulub.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək sovet dövründə və müstəqilliyimizi bərpa etdikdən sonra müasir Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri barədə məlumat verib. Səfir 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı məhv olmaq təhlükəsi və parçalanmaqdan xilas etdiyini, yeni yaranmış dövlətin gələcək üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirdiyini qeyd edib.

Ümummilli Liderin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalandığı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğu xatırladılıb. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasətin, eləcə də strateji kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Səfir bu siyasətin nəticəsində Azərbaycanın davamlı və dinamik inkişaf edən ölkəyə çevrildiyini, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazandığını nəzərə çatdırıb. O, dünyada gedən qlobal proseslər, iqtisadi, siyasi ziddiyyətlər, yer üzündə sülhə, əmin-amanlığa, dayanıqlı inkişafa mane olan regional, dini və etnik münaqişələr fonunda torpaqlarımızın Ermənistan tərəfindən işğalına və işğalın nəticələrinə toxunub. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın sabit və davamlı tərəqqi yolunu davam etdirdiyini, ölkəmizin dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyini vurğulayıb.

Tədbirdə Almaniyada yaşayan azərbaycanlı tələbə Nigar İbrahimova çıxış edərək Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb.

Sonra Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib.