Xəbərlər
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, işğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.