Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə Rumıniyanın birləşməsinin 100 illiyi münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və firavanlıq arzulayıram.”