Xəbərlər
Nurlana Əliyeva: Bu gün qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
“Bu gün qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər”. Bu fikri YAP Qadınlar Şurasının sədri, BSU-nun rektoru Nurlana Əliyeva deyib.
N.Əliyeva bildirib ki, qadinlar dünyada sülhün, təhlükəsizliyin əsas təbliğatçılarıdır. Onun sözlərinə görə, bu mənada müasir cəmiyyətdə qadınların fəal rolu var.
“Azərbaycanda qadın hərəkatının genişlənməsi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdən başlayır. Bu gün həmin siyasət uğurla davam etdirilir. Qadınlara diqqət və qayğı hazırda dövlətimizin siyasətinin mərkəzində yer alıb. Bu gün qadınlarımız istər parlamentdə, istər məhkəmə-hüquq orqanlarında, istərsə də səhiyyə və digər sahələrdə çox məhsuldar şəkildə fəaliyyət göstərirlər. Qadınlarımızın qarşısında duran ən məsuliyyətli işlərdən biri də gənclərimizin tərbiyəsidir. Çünki cəmiyyətimizin gələcəyi məhz gənclərimizdən asılıdır”, - deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.