YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Hökuməti ilə BMT-nin Avropa İqtisadi Komissiyası arasında Birgə Bəyanat imzalanıb

Noyabrın 29-da Nazirlər Kabinetində Azərbaycan Hökuməti ilə BMT-nin Avropa İqtisadi Komissiyası arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığa dair Birgə Bəyanat imzalanıb.

Sənədi Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və ölkəmizdə səfərdə olan BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova imzalayıblar.

Azərbaycanla BMT arasında əməkdaşlığın müzakirə edildiyi görüşdə Baş nazirin müavini bir sıra sahələrdə uğurlu layihələrin reallaşdırıldığını bildirib, həmin layihələrin bir çoxunun dayanıqlı inkişafla bağlı olduğunu vurğulayıb.

BMT baş katibinin müavini Olga Algayerova Azərbaycanla əməkdaşlığın məmnunluq doğurduğunu qeyd edib. Qonaq Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün reallaşdırılan layihələrə dəstək verməyə hazır olduqlarını deyib.