YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Azərbaycanın reallaşdırdığı iqtisadi layihələr İslam dünyasının inkişafı üçün yeni üfüqlər açır

Azərbaycanın həyata keçirdiyi bütün iqtisadi layihələr İslam dünyasının inkişafı üçün yeni üfüqlər açır.

Bu sözləri müsahibəsində Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasında müzakirə olunan məsələlərin ölkəmiz üçün çox faydalı olduğunu diqqətə çatdıran nazir müavini qeyd edib ki, panellərdə ticarət, turizm və yoxsulluğun aradan qaldırılması ilə bağlı Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verilib. Üzv ölkələr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi layihələrə qoşulmaq üçün öz imkanlarını ciddi şəkildə təhlil edirlər.

DİGƏR Xəbərlər Arxiv