YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Gürcüstan dəmir yolları “Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi”nin əsas hissəsini təşkil edir

Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi”nin əsas hissəsini təşkil edir.

Bu fikirlər “Fitch” beynəlxalq reytinq agentliyinin məlumatında yer alıb.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili agentliyin məlumatını yüksək qiymətləndirib və ölkəsinin mövqeyini şərh edib.

O deyib: “Gürcüstan tranzit ölkədir və hökumət dəmir yolu, avtomobil magistralları, dəniz limanı və hava nəqliyyatının inkişafına böyük önəm verir. Hökumət, həmçinin “Gürcüstan Dəmir Yolları”nın müasirləşdirilməsinə və Bakı-Tbilisi-Qars layihəsinin inkişafına xüsusi əhəmiyyət verir.

Onun sözlərinə görə, Gürcüstan üçün bu funksiyanın gücləndirilməsi və dəmir yolu infrastrukturunun müasirləşdirilməsi strateji əhəmiyyət kəsb edir.

“Bununla yanaşı Anaklia dəniz limanı, Şərq-Qərb avtomagistralı, loqistika mərkəzlərinin yaradılması, Poti və Batumi limanlarının genişləndirilməsi və digər layihələr də Gürcüstanın nəqliyyat-loqistika habına çevrilməsinə imkan verəcək”, – deyə Saqiraşvili vurğulayıb.

Nazir müavini deyib ki, agentlik “Gürcüstan Dəmir Yolları” SC-nin reytinqini “B+” səviyyəsində saxlayaraq proqnoz gözləntilərini “Stabil”dən “Pozitiv”ə doğru yaxşılaşdırıb.