YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA sədri: Cənubi Qafqazda sabitliyə nail olmaq üçün region dövlətləri arasında normal münasibətlər qurulmalıdır

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin 2018-2020-ci illər üçün strategiya və fəaliyyət planında Cənubi Qafqaz regionunda əməkdaşlığın, dostluq əlaqələrinin möhkəmləndirilməsi və daha da genişləndirilməsi məsələlərinə xüsusi yer verilib. Sənəddə regiondakı münaqişələr də diqqət mərkəzindədir.

Bu sözləri ATƏT-in Parlament Assambleyasının sədri, Gürcüstan parlamentinin deputatı Georgi Tsereteli söyləyib. Bildirib ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələr bütün sahələrdə, o cümlədən parlamentlər arasında münasibətlər çox yüksək səviyyədədir.

ATƏT PA sədri deyib: “Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan ilə Ermənistan arasında normal münasibətlərin qurulması hələlik mümkün deyil. Buna nail olmaq üçün ilk növbədə problem öz ədalətli həllini tapmalıdır. Bunun üçün də beynəlxalq təşkilatlar məsələyə yanaşma tərzini dəyişməlidirlər. Münaqişə ədalətli həll olunduqdan sonra Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan arasında münasibətlər normallaşacaq, sabitlik yaranacaq və bu da öz növbəsində regionun hərtərəfli inkişafında mühüm rol oynayacaq”, – deyə Tsereteli vurğulayıb.

Tseretelinin sözlərinə görə, fəaliyyət planında bu və digər məsələlər əksini tapıb.