Xəbərlər
Növbəti ixrac missiyası Almaniyaya gedib
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyasının Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə ixrac missiyası təşkil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ixrac missiyasına qida məhsulları, tekstil və mebel sənayesi sahəsində fəaliyyət göstərən 28 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Azərbaycan və alman iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, məhsullarımızın Almaniyaya ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.
İxrac missiyası noyabrın 27-30 tarixlərini əhatə edəcək.