Xəbərlər
Türkmənbaşı şəhərində beynəlxalq nəqliyyat konfransı keçiriləcək
Noyabrın 28-də Türkmənbaşı şəhərində beynəlxalq nəqliyyat konfransı keçiriləcək.
Türkmənistan Prezidenti xüsusi sərəncam imzalayaraq nəqliyyat-kommunikasiya kompleksinin sahəvi nazirlik və idarələrinə, habelə Xarici İşlər Nazirliyinə noyabrın 28-də “Avaza” Milli Turizm Zonasında beynəlxalq nəqliyyat konfransının yüksək təşkilati səviyyədə keçirilməsi barədə tapşırıq verib.
Forumun işində dünyanın bir sıra ölkələrini təmsil edən mütəxəssislərin, o cümlədən nəqliyyat şirkətlərinin, sahəvi nazirlik və idarələrin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etməsi nəzərdə tutulur.
Tədbirdə plenar iclaslar, habelə “Tranzit-nəqliyyat dəhlizlərinin fəaliyyətində dövlətlərarası əməkdaşlığın rolu”, “Tranzit-nəqliyyat dəhlizlərinin inkişafında logistik şirkətlərin əhəmiyyəti”, “İnfrastruktur və nəqliyyat imkanları”, “Multimodal daşımalar və onların dövriyyəsi” seksiyalarının işi planlaşdırılır. Konfrans çərçivəsində sərgi təşkil ediləcək.