Xəbərlər
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan ilə Azərbaycan beynəlxalq bazarlara birgə çıxa bilər
Türkmənistan və Azərbaycan regional səviyyədə beynəlxalq bazarlara birgə çıxa bilər.
Bu sözləri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 22-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Energetika məsələləri. Bizim çox güclü ehtiyat potensialımız var. Buna görə də biz bu məsələlərdə enerji inteqrasiyasının tərəfdarıyıq. Təkcə bizim ölkələrimiz üçün yox, həm də regional səviyyədə beynəlxalq bazarlara birgə çıxa bilərik. Düşünürəm ki, bu cəhətdən biz yaxşı əməkdaşlıq edə bilərik”, - deyə Türkmənistan Prezidenti əlavə edib.